Haradan biləydilər… 1.6 milyard maskanı yandırdılar

0
386

Epidemiya başlayanda Fransada cəmi 117 milyon qoruma vasitəsi qalıbmış. Həkimlər də deyirdilər ki, bütün xəstələrə maska çatmır

 Koronavirus pandemiyasından əvvəl Fransada 1.6 milyard maska yandırılıb. Çünki hökumət onlara ehtiyac olmadığını sanıb.

Ölkədə donuz qripi və atipik pnevmoniya (SARS) ilə mübarizə məqsədilə bir milyard tibbi maska və 700 milyondan çox FFP2 tipli maska ehtiyatı görülüb. Ancaq bu xəstəliklərin elə də qorxulu olmadığı barədə məqalələr dərc olunandan sonra hökumət qərara gəlib ki, ehtiyatı məhv eləsin.

Epidemiya başlayanda Fransada cəmi 117 milyon qoruma vasitəsi qalıbmış. Həkimlər də deyirdilər ki, bütün xəstələrə maska çatmır.

Son məlumatlara görə, Fransada 186 min nəfər koronavirusa yoluxub. 28 min nəfər bu infeksiyanın səbəb olduğu COVID-19 xəstəliyindən dünyasını dəyişib. Onlardan 35 nəfəri tibb işçisidir.