Terror təşkilatına böyük ZƏRBƏ – 10 terrorçu ZƏRƏRSİZLƏŞDİRİLDİ

0
413

Türkiyə silahlılarının İraqın şimalında apardıqları iki fərqli hava əməliyyatında 10 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tvitter hesabında məlumat yayıb.

İlk əməliyyat İraqın şimalındakı Haftanin və Hakurk bölgələrində keçirilib. Kəşfiyyat və nəzarət vasitəsi ilə aşkarlanan 5 PKK terrorçusu hava əməliyyatları ilə məhv edilib.

İkinci hərbi əməliyyat isə Türkiyə Milli Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Təşkilatı ilə birlikdə təşkil edilib. İraqın şimal hissəsindəki Asos bölgəsində reallaşdırılan əməliyyat zamanı 5 PKK terrorçusu zərərsizləşdirilib