Restoran sahibindən gözlənilməz addım: Maşın yoluna masa qoydu – FOTO

0
402

Bakıda restoranlardan biri avtomobil yolunun hərəkət hissəsini qanunsuz olaraq zəbt edib.

Paytaxtın Əli Əliyev küçəsi, 19 ünvanında fəaliyyət göstərən restoranın sahibi qeyri-adi addım atıb.

Restorana müraciət edən müştərilər üçün hətta avtomobil yolunda da masa qoyulub.

“Dayanma-durma qadağandır” nişanının yaxınlığında qoyulan masanın fotosu sosial şəbəkələrdə paylaşılıb. Şəbəkə istifadəçiləri bunun doğru olmadığını və hər hansı bədbəxt hadisənin baş verə biləcəyini bildiriblər.

Həmin fotonu təqdim edirik: