Dəmir yolu ilə yük və sərinişin daşımaları artıb

0
273

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-aprel ayları ərzində 4,8 mln. ton yük, 1 119,8 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,1%, sərnişin daşınmasında isə 11,9% artım qeydə alınıb.

Orta hesabla hesabat dövründə sutkada 317 vaqon yüklənib, 366 vaqon isə boşaldılıb.

Məlumata əsasən, bu ilin yanvar-aprel aylarında orta hesabla sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 14,5 min ton, Qərb istiqaməti üzrə 3,1 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.