”Mənim təmtəraqla aram yoxdur” – 59 yaşlı Nailə Mirməmmədli

0
406

Bu gün Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin doğum günüdür.

O, ilk təbrikini ailəsindən aldığını bildirib.

”Məni ilk təbrik edən ailə üzvlərim və nəvəm olub. Ancaq bir gün əvvəlcədən, yəni dünən axşam saatlarında məni birinci təbrik edən Xalq artisti Röya Ayxan olub. İkimiz də eyni verilişdə çəkilişdə idik. Əlində hədiyyə ilə mənə yaxınlaşıb təbrik etdi.  Mən doğum günümdə kim mənə hədiyyə verdi, kim vermədi deyə fikirləşmirəm. Xüsusilə də karantində bizim dəyər anlayışımız yaxşı mənada dəyişib. Mənim üçün əsas olan səmimiyyətdir. Süni, mənfəətə görə olan təbrikləri isə xüsusilə sevmirəm. ”Məni tələbə olaraq götürsün”, ”Mənə mahnı versin” deyə fikirləşib məni təbrik etmələrini istəmirəm. Kimsə təbrik edəndə onun səmimi qəlbdən olub olmamasını hər zaman hiss etmişəm”.
Əməkdaşımızın ”Doğum gününüzü təmtəraqlı qeyd edirsiniz?” sualına o, cavab olaraq sadəliyə üstünlük verdiyini söyləyib

”Mənim təmtəraqla aram yoxdur. Hamı bilir ki, Hikmət Mirməmmədli mənim doğum günümdən bir gün əvvəl rəhmətə gedib. Ona görə də mən heç vaxt doğum günümü qeyd etmək fikrində olmuram. Həmişə ehsan verirəm, eşidib-bilən də gəlir”