Məscidlərdə səsgücləndiricilərdən azan yerinə musiqi yayımlandı – VİDEO

0
389

Türkiyənin İzmir şəhərində bəzi məscidlərin səsgücləndiricilərindən musiqi yayımlanıb. Müftilik məsələni şərh edərkən mərkəzi sistemə haker hücumu ilə müdaxilə edildiyini bildirib.

“Haber Global”ın məlumatına görə, İzmir Baş Prokurorluğu hadisə ilə bağlı istintaqa başlayıb.

Bundan başqa, hücumu həyata keçirən və hadisə ilə əlaqədar videoları sosial media hesablarından paylaşanlara qarşı da yoxlamalara başlanılıb.

Artıq məsələ ilə bağlı Banu Ö. adlı bir qadın “dini dəyərləri alçaltmaq” maddəsi ilə saxlanılıb.

Bundan başqa, adı açıqlanmayan daha bir şəxs nəzarətə götürülüb.