Səhiyyə naziri: “Azərbaycan bir çox ölkəyə humanitar yardım göstərib”

0
369

“Azərbaycan bu günə qədər 17 ölkəyə humanitar yardım göndərib”.Bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun səhiyyə nazirlərinin videokonfransında çıxışı zamanı deyib.

Nazir pandemiya dövründə Azərbaycan səhiyyəsinin apardığı qabaqlayıcı tədbirlərdən, eləcə də, ölkəmizin göstərdiyi yardımlardan danışıb:

“Ölkəmiz bu günə qədər 17 ölkəyə və üç beynəlxalq təşkilata yardım göstərib. Azərbaycan tərəfi ehtiyacı olan ölkələrə 100 tonlarla humanitar yardım göndərib. Bu yardımlar öz növbəsində çoxlu sayda insanın həyatının xilas olunmasına xidmət edib”.