Aydınxan Əbilovun ad günüdür

0
386

Bu gün ölkəmizin sosial şəbəkələrindən, bir çox televiziya verilişlərindən çoxlarımızın tanıdığı mehriban bir simanın, eşitdiyi onlarca problemlə bağlı həyəcanlı səsin, emosional çağırışların sahibi Aydınxan Əbilovun ad günüdür.
İctimai Nəzarət Koalisiyasının idarə heyətinin baş katibi,Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin rəhbəri, yazıçı-kulturoloq Aydınxan Əbilovun yaxınları onu mehribanlığı ilə yanaşı, çox tələbkar bir insan kimi tanıyırlar.
Daima gərgin amma gülərüz, hər zaman tələsən, amma ətrafdakılara xoş rəftarını heç zaman əskiltməyən, Aydınxan müəllimə işgüzarlıqla,böyük zəhmətlə, əzmkarlıqla, fədakarlıqla dolu həyat yolunda daima arzularının və əməllərinin zirvəsində olmağı arzu edirik.

İNK ailəsi