Kənd təsərrüfatının inkişafına mane olan əsas problem: Suvarma suyu – VİDEO

0
361

Əkin mövsümü başladığından fermerləri ənənəvi problemlər qayğılandırır.

Əsas problem suvarma suyunun çatışmazlığı ilə bağlıdır.

Araşdırmalara görə, suvarma üçün su qıtlığı özünü əkinçilik üzrə ixtisaslaşmış 18 Aran rayonunda büruzə verir.

Əsas qidalandırıcı iki çay – Araz və Kür mənbəyini ölkədən xaricdə götürür və su itirə-itirə Azərbaycan ərazisinə daxil olur. Vəziyyətdən çıxış yolu regionlarda sututarların sayının artırılmasıdır. Həmçinin, ölkənin su ehtiyatları vahid suvarma sistemində idarə edilməlidir. Su düzgün idarə olunarsa və bütün təsərrüfatlara bərabər şəkildə çatdırılarsa, problem qısa zamanda həll olunar.

Sevindirici haldır ki, artıq ölkə rəhbərinin sərəncamı ilə yüksək səviyyəli su ehtiyatlarının yaradılması ilə bağlı komissiya yaradılıb.