Berlində böyük yanğın baş verib

0
363

Almaniyanın Berlin şəhərinin şimalında Tegel rayonunda böyük yanğın baş verib. Yanğın Florştrasse küçəsində olan anbarları əhatə edib.

Bu barədə Berlinin yanğınsöndürmə xidmətinin yaydığı məlumatda bildirilib

Məlumata əsasən, 110 yanğınsöndürən hadisə yerində işləyir. Hüquq-mühafizə orqanları yaxınlıqdakı küçələri bağlayıblar. Hakimiyyət orqanları ətrafdakı evlərin sakinlərini pəncərə və qapıları bağlamağa çağırıb.

İlkin məlumata görə, xəsarət alan yoxdur.

 

<