“İnstagram”da insanları təhqir edənlərdən biri SAXLANILDI – VİDEO

0
324

İnsanların şəxsiyyətini alçaldan instagram hesabı barəsində əməliyyat axtarış tədbirləri başlanıb.

“sonndeyqee3” hesabını idarə edən şəxslərdən biri Nizami rayon 25-ci Polis Şöbəsi tərəfindən şüphəli şəxs qismində saxlanılıb, digərləri barəsində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Belə ki, saxlanılan 2003-cü il təvəllüdlü Abdullayeva Türkan Yunis qızı dindirilmə zamanı əməlini etiraf edib. Sözügedən “instagram” hesabını açanın özü olduğunu və dünənə qədər idarə edənlərdən biri olduğunu bildirib. Sosial şəbəkələrdə yayılan telefon nömrəsinin isə həqiqətən A.Türkana aid olması və hesabın bu nömrə ilə açıldığı da öz təsdiqini tapıb.

Dünən axşam saatlarında məsələ ilə bağlı yayımlanan xəbərə qədər, A.Türkan, hesabı sosial şəbəkə üzərindən illərdir tanıdığı, adının “Nəzrin” olduğunu iddia etdiyi şəxs ilə birlikdə idarə edərək paylaşımlar edirmişlər. Yayımladığımız xəbərdən sonra məsələnin ciddiləşdiyini görən və qorxaraq geri çəkilmək istəyən A.Türkan, Nəzrin ilə düşüncələrini bölüşüb. Bundan sonra sözügedən hesab Nəzrində qalıb və hesabın şifrəsi dəyişdirilib. A.Türkan isə öz istəyi ilə məsələlərdən kənarda qalıb.

Bundan sonra Nəzrin öz fəaliyyətinə “Seva” deyə adlanırılan tanıdğı şəxslə davam edib və fəaliyyətlərini sığortalamaq məqsədi ilə Nəzrin və Seva xarici ölkələrin birində yaşıyan və hələ ki kimliyi məlum olmayan bir şəxsi də cəlb ediblər. Məqsəd isə həmin şəxsin xaricdən canlı yayımlar açaraq diqqətlərin Nərgiz və Sevadan yayınması olub.

Seva adlı şəxs isə sosial şəbəkələrdə canlı yayım açaraq guya bu “instagram” hesabını işlədəni tapdığını iddia edən və səhəri gün ondan üzr istəməsini tələb edərək hadisəni video qeydə almaqla sosial şəbəkələrdə yayan şəxsdir.

Təbii ki, bütün bunlar hesabı idarə edənlər tərəfindən qurulan oyunlardır və məqsəd nəzərləri başqa yerlərə yayındırmaqdır.

Nəzərinizə çatdıraq ki, ötən gün biz xəbərini yayımladığımız ərəfələrdə hesabın ortalama 11 min izləyicisi var idisə artıq onu izləyənlərin sayı 20 mini ötüb. Təəssüflər olsun ki, hesabda bu qədər aktivliyin olması, hesabı idarə edənlərin əməllərinin böyüməsinə və onun daha da böyük kütlələrə xitab etməsinə şərait yaradır.

Qeyd edək ki, “sonndeyqee3” instagram hesabı ilə bağlı hüquq mühafizə orqanlarına şikayətlər də olunub. Şikayət edən şəxslər, etdikləri şikayətlərlə bağlı videolar qeydə alaraq sosial şəbəkələrdə paylaşıb və bu şikayətlərin kütləvi hal alması üçün qeydə aldıqları videolarda digər zərəçəkmişlərin də şikayətçi olmaları fikirlərini səsləndirirlər.

Hal hazırda Nizami rayon 25-ci Polis Şöbəsi təfəindən əməliyyat axtarış tədbirləri davam etdirilir.