Dənizdə və ya hovuzda koronavirusa yoluxmaq riski nə qədərdir?

0
345

Alimlər insanların dənizdə, hovuzda və ya SPA salonlarında koronavirusa yoluxma riskini qiymətləndiriblər.

Bu barədə İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurası (CSIC) hesabat hazırlayıb.

Alimlərin fikrincə, dəniz suyunun tərkibindəki duz və bir sıra digər maddələr virusu deaktiv edə bilər. Bununla yanaşı, hovuz və SPA salonlarında dezinfeksiyaedici maddələrdən istifadə olunur ki, bunlar da virusun qarşısını almaq imkanına malikdir. Həmçinin saunalardakı 60 dərəcə temperatur nəzərə alınarsa, həmin hərarətin virus üçün boğucu təsirləri olduğu qeyd edilir.

Alimlər bildirir ki, virusun yaşaması üçün şirin və ya təmizlənməmiş su hövzələrində daha münbit şərait mövcuddur.