Gürcüstan Kiyevdəki səfirini geri çağırdı

0
321

Gürcüstan Mixail Saakaşvilinin Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Kiyevdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.

Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Ukraynada rəsmi vəzifəyə təyin edilib. Bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski fərman imzalayıb.