“B2B Azərbaycan-Gürcüstan-Qazaxıstan onlayn Forumu” keçiriləcək

0
353

Bu gün Azərbaycan, Gürcüstan, Qazaxıstan iş adamları arasında “B2B Azərbaycan-Gürcüstan-Qazaxıstan onlayn Forumu” keçiriləcək.
“Caspian Euorupean Club”un təşkilatçılığı ilə reallaşacaq forumda üç ölkədə fəaliyyət göstərən şirkətlərin top-menecer və təmsilçiləri, iqtisadi məsələlərə nəzarət edən beynəlxalq təşkilatların və diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər.
Forumda “Caspian European Club”un fəaliyyəti barədə məlumat təqdim olunacaq, şirkətlər xüsusi təqdimatlarla çıxış edəcək, biznes əməkdaşlığın perspektivləri müzakirə olunacaq.
Qeyd edək ki, “Caspian European Club” artıq fəaliyyətinin 75 faizini onlayn rejimdə davam etdirir.
Hər gün onlayn formatda CEO, B2G, B2B, B2C forumlar təşkil edir.