Düşmən Laçın-Kəlbəcər yolunda təmir-bərpa işlərinə başladı…

0
453

Ermənilər Azərbaycan Respublikasının işğal altındakı hüquqi-tarixi ərazisi olan Laçın və Kəlbəcər rayon mərkəzlərini birləşdirən yolda təmir-bərpa işlərinə başlayıb. Əsasən 15 kənd icmasını birləşdirən yolun təmirinə aprelin əvvəlindən başlanıb.
Artıq  yolun 10 km-ə yaxın hissəsi təmir edilib. Hazırda Laçın rayonunun “Karaqe” adlandırılmış Qarıkaha və “Bazmatus” adlandırılmış Bülüldüz kəndlərini birləşdirən yolda işlər tamamlanmaq üzrədir. “Draxtadzor” adlandırılmış Qoşasu(bəzi mənbələrə görə Ağcakənd) kəndinə gedən 20 km-lik yol da bərpa ediləcək.
Təmir-bərpa işlərinə rəhbərlik edən “Kaşataq- su kəməri” şirkətinin mühəndisi Karen Danielyanın sözlərinə görə, 2020-ci ilin sonunadək Laçından Kəlbəcərə gedən yol tam bərpa edilməlidir.
“Bu, gözəl təbiəti, qədim abidələri olan rayonda turizmin inkişafına da təkan verəcək”- deyə erməni mühəndis bildirib.