Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində struktur dəyişikliyi: Yeni şöbələr yaradıldı

0
375

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda dəyişikliklər olub.

İki şöbənin əsasında Təhlil və strateji planlaşdırma şöbəsi yaradılıb.

Şöbəyə Sadiq Əliyev müdir təyin olunub

Ümumi şöbənin bazasında isə Vətəndaşların qəbulu şöbəsi və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi yaradılıb.

Həmin şöbələrin müdiri vəzifələrini Arif Əliyev və Günel Nəsibova icra edəcək.

Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinə isə Rəşad Dayıyev təyin edilib. O, bu vaxta qədər Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəis müavini olub.

Məlumatı nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən təsdiqləyiblər.