Maskada gəzin, çiyələk isə yeməyin

0
352

Uşağını həkim qəbuluna gətirənlər də tibbi maskadan istifadə etmir.

Pediatr Vaqif Qarayev pandemiya dövründə valideynlərin yol verdiyi səhvlər barədə danışarkən deyib. Həkim bildirib ki, maskadan istifadə edən artıq gözə az dəyir:

“Hamı maskasızdır. Avtobuslardakı vəziyyəti, sıxlığı bilirsiniz. Bununla belə tibbi maska taxmırlar. Pasiyentlər də həkim qəbuluna maskasız gəlir. Pandemiya dövründə tibbi maskalardan istifadə edilməsi məsləhətdir”.

Həkim mövsümün digər əsas probleminə də toxunub:

Hazırda sosial şəbəkələrdə uşaqların çiyələk yeyərkən çəkilmiş videoları, fotoları tez-tez paylaşılır. Bu pandemiya günlərində rəssam əli ilə çəkilmiş kimi qəşəng görsənən çiyələyi uşaqlara verməsəniz daha yaxşıdı. İndi onsuz də çiyələk zərərlidir. Belə həssas dövrdə isə mövsümündən əvvəl satışa çıxarılmış meyvələrin yeyilməsi orqanizmi daha da zəiflədə bilər”.