İsrail koronavirusu zərərsizləşdirən dərman tapdığını AÇIQLADI

0
523

İsrail Müdafiə Naziri Naftali Bennet, bədəndə koronavirusu zərərsizləşdirən bir antikor tapdıqlarını söyləyib.

Nazir, İsrail Bioloji Tədqiqat İnstitutuna səfəri zamanı, koronavirusa hücum edərək vücuddakı virusu zərərsizləşdirən “monoklonal xorlama antikorantikor” hazırladıqlarını bildirib.

Nazir, İsrail mütəxəssisləri tərəfindən hazırlanmış antikoru “vacib addım” adlandırıb. “Mən bu vacib irəliləyişə görə institutla fəxr edirəm” deyib.

İsrail Bioloji Tədqiqatlar İnstitutu tərəfindən edilən açıqlamada antikorun patentləşdirildiyi və beynəlxalq bir dərman şirkətinin kütləvi istehsal etmək istədiyi qeyd edilib.

Qeyd edək ki, bu günə qədər İsraildə 16 min 314 koronavirusa yoluxma halı aşkar edilib, 238 nəfər isə ölüb.