Qazaxıstan sərhədçilərinin öldürdüyü Azərbaycan vətəndaşının nəşi ailəsinə təhvil verildi

0
358

Bu gün Xəzər dənizinin mərkəzi istiqamə­tində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmisi tərəfindən aprelin 30-da Qazaxıstan Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin əməkdaş­ları tərəfindən Xəzər dənizində dörd Azərbaycan vətəndaşının saxlanılması zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayonu sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edil­ib və həmin gün ailəsinə təhvil verilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.