Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilər – XƏBƏRDARLIQ + VİDEO

0
439

Əgər situasiya pisləşməyə doğru gedərsə, xüsusi karantin rejimi regional və ya ölkə miqyasında sərtləşdirilə bilər”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, insanlar karantin rejiminin tələblərinə riayət etməlidirlər:

“Gigiyena məsələsi əsasdır. Maska taxılmalıdır. Təəssüf ki, bu gün qaydalara heç kim riayət etmək istəmir. Bunu koronavirusa yeni yoluxanların sayındakı artımda da görə bilərik”.