Əlacsız ana qazanda daş qaynadaraq ac uşaqlarının başını aldatdı

0
387

Keniyada 45 yaşlı qadın uşaqlarını aldadaraq yatmağa göndərmək üçün qazana daş qoyaraq qaynadıb.

Fennana Bahati Kitsaonun həyat yoldaşı ötən il vəfat edib və bundan sonra qadın səkkiz uşağını tək böyütməli olub.

Koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin zamanı Fennana və onun böyük qızı gəlirlərindən məhrum olublar.

Qonşular ailəyə kömək etsə də onlar tez-tez ac qalırlar.

“Uşaqlarım acından ağlamasın deyə iki dəfə qazanda daş qaynatmışam”, – deyə qadın bildirib.