ÜST rəhbəri: Əlləri yumaq koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biridir

0
365

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus bildirib ki, koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biri əllərin mütəmadi olaraq yuyulmasıdır.

Onun sözlərinə görə əllərin yuyulması ölümlə yaşam arasında bir səddə çevrilir.

“Dünyada milyonlarla insan mütəmadi olaraq əllərini yumaq üçün su tapa bilmir. Üç milyarddan çox insan su təminatından və sabundan məhrumdur. Buna görə də, onları sabun, su və digər təmizləyici vasitələrlə təmin etmək koronavirusla mübarizədə mühüm rol oynayacaq”, – deyə Qebreyesus vurğulayıb.