Qanunsuz taksi fəaliyyəti göstərənlərə BƏD XƏBƏR

0
496

“Bakı şəhərində qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan şəxslərin inzibati məsuliyyətə cəlb olunması mexanizmi hələlik dəqiq deyil”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Sədr qeyd edib ki, bu sahədə qanunvericiliyə dəyişikliklər hazırlanır.

“Bilirsiniz, inzibati məsuliyyətə cəlb olunma dəqiq bilinməlidir. Məsələn, Türkiyədə icazəsiz taksi fəaliyyətinə dair cərimə 5000-6000 TL-dir”.

“Çalışacağıq ki, qısa zamanda hökumətə bununla bağlı təkliflər göndərək”, – deyə V.Kərimli əlavə edib.