Karantin qaydalarını pozan mərkəzin rəhbəri özünü jurnalist kimi təqdim etdi – FOTO/VİDEO

0
338

Bakının Nərimanov rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən protez saçların qoyulması üzrə salon aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı A.M.Cümə küçəsində yerləşən, paytaxt sakini Məmmədov Ağa Mübariz oğluna məxsus “HDC Baku” mərkəzinin karantin dövründə qanunsuz olaraq işlədiyi məlum olub.

Obyektə baxış zamanı buranın sahibi, işçiləri və bir nəfər müştəri Polis Şöbəsinə gətiriliblər.

Protez saç mərkəzinin rəhbəri Ağa Məmmədovun üzərinə baxış zamanı ondan jurnalist vəsiqəsi aşkar edilib. O, əvvəlcə bu vəsiqədən istifadə edərək, məsuliyyətdən yayınmağa çalışsa da, sonradan karantin qaydalarını pozduğunu etiraf edib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və digər dörd nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək onlar inzibati qaydada 200 manat məbləğində cərimə ediliblər.