Alimlər siqaret çəkməyin hüceyrələrdə mutasiyaya gətirib çıxardığını aşkar ediblər

0
480

Böyük Britaniyada yerləşən York universitetinin alimləri siqaret çəkməyin insan DNT-nə zərər verdiyini müəyyən ediblər.

Müvafiq araşdırma zamanı onlar sidik kisəsinin hüceyrələrini yetişdiriblər.

Sonra isə bu hüceyrələr siqaret tüstüsündə olan toksinlərə məruz qalıb. Nəticədə həmin toksinlərin həqiqətən də insan genlərini zədələdiyi ortaya çıxıb.

Bununla belə, birbaşa siqaret çəkməklə bağlı olan sidik kisəsi xərçənginin hüceyrələrində mutasiyaların sayı az olub.

Alimlər bu qənaətə gəliblər ki, siqaret çəkmək xərçəng xəstəliyinə tutulmaq riskini artırır, lakin toksinlər bədxassəli şişlərin yaranması ilə birbaşa əlaqəli deyil.

Onlar genləri zədələyən digər proseslərə start verir. Məsələn, qeyd edilən toksinlər APOBEC fermentlərini fəallaşdırır. Bu ferment adətən viruslarda mutasiya başladaraq orqanizmi onlardan qoruyur.

Bununla belə, bəzən APOBEC sağlam hüceyrələrdə mutasiyaya start verərək xərçəngə səbəb olur.