Azərbaycana təxliyyə edilən vətəndaşların sayı 15 mini ötdü – VİDEO

0
464

 

“Koronavirus pandemiyası ilə əlaqədar bu günə kimi xaricdə olan 15 mindən artıq azərbaycanlı vətənə gətirilib. Bundan sonra da yerdə qalan vətəndaşlarımızın ölkəyə qayıtması üçün bütün addımlar atılacaq”.

Bu fikri Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Televiziyasının  “Hədəf” verilişində koronavirus pandemiyası dövründə xaricdə yaşayan azərbaycanlıların ölkəmizə qaytarılması prosesini müzakirə edərkən səsləndirib.

L.Abdullayeva qeyd edib ki, “Evə gedirəm” portalı vasitəsilə qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq Rusiyada yaşayan azərbaycanlılar ölkəyə gətirilir. İlkin mərhələdə 548 vətəndaşımız ölkəyə gətirilib. Növbəti mərhələ üçün də yerdə qalan şəxslərin ölkəyə gətirilməsi üçün işlər görülür.