Koronavirusla mübarizə aparan İran daha bir bəla ilə QARŞI-QARŞIYA

0
337

İranın daha 6 əyaləti çəyirtkələrin istilasına məruz qalıb.

İran Bitkiləri Mühafizə Təşkilatının mətbuat katibi Seyyid Rza Mir Cənubi Xorasan əyalətindən sonra digər əyalətlərdə də çəyirtkə sürüləri ilə mübarizə apardıqlarını açıqlayıb.

“Bu həftə Cənubi Xorasanda 150 hektarlıq sahə dərmanlandı. Daha sonra Sistan-Bəluçistan, Hürmüzqan, Buşəhr, Fars, Xuzistan və Kirman əyalətlərində 133 min 201 hektarlıq sahədə dərmanlama işləri aparılıb. Çəyirtkə sürüləri əyalətlərə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Küveyt, Qətərdən gəlib. Amma İran BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xəbərdarlıqlarını diqqətə alaraq 1 milyon hektarlıq ərazini dərmanlamaq üçün hazırlığını görüb”.

Son rəqəmlərə görə, İranda 93 mindən çox insan koronavirusa yoluxub, 6 minə yaxını ölüb.