Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər – RƏSMİ

0
351

“Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər”.

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, bu məsələ Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətindədir:

“Biz yalnız vəziyyəti şərh etmək üçün təkliflərimizi təqdim edə bilərik. Nazirlər Kabinetinin qərarından asılı olaraq, tədris ilinin başlanma vaxtı müəyyənləşdiriləcək”.

“Dərslər ənənəvi olaraq sentyabrın 15-də başlayır. Burada proqramdan geriləmələr var. Hazırda Təhsil Nazirliyi olaraq dərs ilinin sonuna dair məsələləri və yay aylarında görəcəyimiz işləri müzakirə edirik”.