Britaniya koronavirus qurbanlarının sayına görə 3-cü oldu

0
319

Böyük Britaniya koronavirus qurbanlarının sayına görə dünyada üçüncü yerə çıxıb. Bunu Birləşmiş Krallığın Xarici İşlər naziri Dominik Raab Londonda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkədə ölüm hallarının sayı 26 mini ötüb. “Biz statistikaya ümumilikdə əlavə 3 811 ölüm halı əlavə etmişik”, – Raab deyib. Nazir bildirib ki, çərşənbə günündən etibarən Səhiyyə Nazirliyinin statistikasına təkcə xəstəxanalarda deyil, həm də qocalar evləri, hospislər və şəxsi evlərdə ölənlər də daxil ediləcək. “Təəssüflər olsun ki, bugünkü rəqəmlər göstərir ki, ötən sutka ilə müqayisədə ölkədə daha 765 koronaviruslu pasiyent vəfat edib”, – Raab əlavə edib.

Hesablama üsulunun dəyişdirilməsi nəticəsində ölkədə sutka ərzində ölənlərin sayı 21 678-dən artaraq 26 mini ötüb. Bununla da, Böyük Britaniya yalnız İtaliya və ABŞ-dan geri qalır.

İndiyədək Böyük Britaniyada 165 221 nəfərdə koronavirus aşkarlanıb. Son sutka ərzində bu göstərici 4,7 min nəfər artıb.