Çinlilər karantindən sonra bu məhsulu yeməyə başladı – ŞOK MENYU

0
448

Çində karantin rejimi ləğv edildikdən sonra açılan restoran və kafelərin menyularında bitki tərkibli saxta ət məhsullarının təklif olunduğu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, COVID-19 infeksiyasından sonra bir sıra heyvan ətinin yeyilməsinə qadağa tətbiq edən Çin sağlam qidalanmaya keçid edib.

Xatırladaq ki, ABŞ-da yerləşən “Beyond Meat” şirkəti bitki mənşəli məhsullarını “Starbucks” kafeləri vasitəsilə satışa çıxarıb. Hazır qida məhsullarının satışını həyata keçirən KFC gələn həftə bitki tərkibli toyuq məhsulunun satışına başlayacağını açıqlayıb.