Dünyada koronavirusdan ölənləri sayı 200 mini keçdi

0
360

Dünyada koronavirusa yoluxanların sayı 2 milyon 874 min 660 nəfərə çatıb.

Virusdan ölənlər 200 min 812, sağalanlar isə 823 min 306 nəfər təşkil edir.

Ölkələr arasında virusa ən çox yoluxma (930 min 951) və ölüm (52 min 914) ABŞ-da qeydə alınıb.

İlk onluğa daxil olan sərhəd qonşularımız Türkiyədə 107 min 773 yoluxma və 2 min 706 ölüm, İranda 89 min 350 yoluxma və 5 min 650 ölüm, Rusiyada isə 74 min 588 yoluxma və 681 ölüm halı müşahidə edilib.

Azərbaycanda 1617 yoluxma, 21 ölüm faktı var, 1080 nəfər sağalıb.