Mikayıl Cabbarov koronavirusa görə göstərilən maliyyə dəstəyinin məbləğini açıqladı

0
449

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar 21 432 vergi ödəyicisinə 37 930,3 min manat ödənilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda 11152 sahibkarın dövlət büdcəsinə ödənişi 250 manatdan az olub:

“Ancaq dövlətin sahibkara maliyyə dəstəyinin məbləği minimum 250, maksimum isə 5 000 manatdır”.

Nazir qeyd edib ki, koronavirusdan zərər çəkənlərin qeyri-neft sektorunda payı 46,4 faizdir.