Korona dövründə kimlər oruc tuta bilər? – Həkim açıqladı

0
356

Koronavirus xəstələri oruc tuta bilməzlər. O xəstələr gün ərzində iynə-dərman qəbul edirlər. Nəzərə alaq ki, infeksiya immuniteti zəif olan xəstələrə daha tez yoluxur. Koronavirusa yoluxan xəstələrin də əksəriyyəti yaşlılar və yanaşı xəstəliyi olanlardır.

Bunu açıqlamasında həkim-terapevt Məlahət İsayeva deyib.

O bildirib ki, yanaşı xəstəliyi olan kəslərə oruc tutmaq olmaz: “Bu sıraya xroniki xəstəlikdən əziyyət çəkənlər, şəkərli diabet, ürək-qan damar xəstəlikləri və sairə daxildir. Koronavirusdan sağalan xəstələrin oruc tutmasında heç bir problem yoxdur. Əgər orqanizmləri sağlam, immunitetləri güclüdürsə, müalicə

dövrünü başa vurublarsa, oruc tuta bilərlər.

Həkimlərin oruc tutmasında da heç bir problem yoxdur. Nəzərə alsaq ki, bu xəstələrlə işləyən həkimlər 8 saat xüsusi geyimdə qalırlar, heç bir qida qəbul etmirlər, bu onlarda elə də böyük dəyişikliyə səbəb olmayacaq”.

Oruc tutmaq istəyən yaşlı insanların sağlamlıq vəziyyətlərini nəzərə almalı olduqlarını qeyd edən Məlahət İsayeva orucun insan orqanizminə faydalarından da söz açıb:

“Xəstəliyi olmayan, immuniteti güclü yaşlıların oruc tutması orqanizmlərinə zərər yox, fayda verər. Oruc tutmaq damarları yeniləyir, dərini təmizləyir, qaraciyər hüceyrələri bədəni zəhərli maddələrdən azad edir. Mədənin dincəlmsəinə səbəb olur. Bağırsaqların işini yüngülləşdirir.

Qanda şəkərini tənzimləyir. Aclıq özü bir müalicədir.

Tibb elmində müəyyən xəstəliklər var ki, müalicə prosesində ac qalmaq lazımdır, məsələn, pankratit. Bir çox xəstəliklərdə insan ac qaldıqda bədən sakitləşir. Orqanizm şlanqlardan, toksinlərdən təmizlənir. Oruc tutmağın bədənə xeyri var, ziyanı yoxdur. Hər şey orqanizmdən asılıdır. Əgər orqanizm aclığa tabe olursa, oruc faydalı olursa, burada yoxdur.

Əks halda başı gicəllənir, halsızlaşır, özündən gedir, mədəsi çəkilirsə, o insanlara oruc tutmaq qadağandır”.