Bakıda mağazanı qəsdən yandıran şəxslər saxlanıldı

0
375

Bakıda mağazanı qəsdlə yandıran şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, aprelin 23-də saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki mağazalardan biri qəsdən yandırılaraq sahibinə 7 500 manat dəyərində maddi ziyan vurulub.

1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Ağayev və S.Qəmbərov saxlanılıblar.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.