UNEC tələbəsinin möhtəşəm uğuru… – Dünyada ən yüksək nəticəni əldə edib

0
461

UNEC-in tələbəsi ACCA-nin (Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) Financial Reporting (Maliyyə hesabatı) imtahanında dünyada ən yüksək nəticəni əldə edib.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 2-ci kurs tələbəsi Nizgan Cəbiyeva dünyanın bir çox ölkəsindən Financial Reporting imtahanında iştirak edən tələbələr arasında ən yüksək nəticə ilə (97%) ACCA-nin Global Prizewinner (Qlobal mükafatçı) adını və pul mükafatını qazanıb.

N.Cəbiyeva bundan öncə 96% nəticə ilə ACCA-nin Financial Accounting (f3) (Maliyyə uçotu) sertifikatını əldə etmişdi.

ACCA haqqında: ACCA (The Association of Chartered Certified Accountants — İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) – maliyyə, mühasibat uçotu və audit sahəsində peşəkar mütəxəssislərin qlobal birliyidir. ACCA imtahanları dünyanın aparıcı beynəlxalq şirkətlərı tərəfindən tanınır və işə qəbul zamanı yüksək qiymətləndirilir.