Kür sahilində yeyib-içən 19 nəfər saxlanıldı, 2-si həbs olundu

0
539

Ölkə ərazisində xüsusi karantin rejiminin elana baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Zərdab rayonu Aşağı Seyidlər kəndində “Seyidlər bağı” adlanan ərazidə Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib, xüsusi karantin qaydalarını kobudcasına pozublar. Daha sonra həmin şəxslər təşkil etdikləri məclisin video-görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar.

Məlumat daxil olan kimi Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştiirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi – məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib.

Digərləri isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat miqdarında cərimə ediliblər.