Xəzər İcra Hakimiyyəti narazı vətəndaşla bağlı məlumat yayıb

0
496

Xəzər İcra Hakimiyyəti narazı vətəndaşla bağlı məlumat yayıb

Xəzər Rayon İcra Hakimiyyəti qurumdan şikayətçi olan vətəndaşın işi ilə bağlı açıqlama yayıb.  

Həmin açıqlamanı təqdim edirik:

“5 aprel 2020-ci il tarixində yutub kanalında yayımlanan “Kanal 13”də “Araşdırsalar görünər ki, bu məmurlar kasıblara necə əziyyət verir?” başlıqlı video material yayımlanıb.

Sözügedən videoda vətəndaş ona məxsus iddia etdiyi torpaq sahəsinin sənədləşdirilməməsi, yaşadığı evə qaz xəttinin çəkilməməsi və elektrik enerjisinin verilməməsi və qəsəbə ərazisində məişət tullantılarının qalaqlanması, konteynerlərin olmaması və daşınılmaması ilə bağlı şikayətləri öz əksini tapıb.

Bununla bağlı bildiririk ki, hələ, 2020-ci ilin fevral ayında Xəzər rayonunun Türkan qəsəbə sakini Əmirov Afər Əhmədağa oğlu qəsəbənin 2 müxtəlif ayrı-ayrı hissələrində yerləşən ona məxsus torpaq sahəsinin əlindən alınması, işsizlik və yaşadığı evə qaz və elektrik xəttinin çəkilməsi ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinə müraciət edib.

Vətəndaş 18 fevral 2020-ci il tarixində RİH başçısının birinci müavini tərəfindən qəbul edilərək müraciəti dinlənilmiş, vətəndaşa torpaq mübahisəsi ilə bağlı mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilib və yaşadığı evə qaz xəttinin çəkilməsi və elektrik enerjisinin verilməsi ilə bağlı aidiyyəti üzrə “ASAN” Kommunal” Mərkəzinə müvafiq sənədlər təqdim etməklə müraciət etməsi izah olunub. Həmçinin, vətəndaşın sosial problemlərin həlli ilə bağlı müəyyən köməkliklər edilib və gələcəkdə qeyd olunan kommunal xidmətlər üçün tələb olunan dövlət rüsumlarının ödənilməsində köməklik göstərilməsi də vətandaşın diqqətinə çatdırılıb.

Bundan əlavə vətəndaşın işsizlik probleminin həll edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi”nin xətti ilə haqqı ödənilən ictimai işlərə cəlb olunması təklif edilib.

Eyni zamanda, vətəndaşın məişət tullantılarının qalaqlanması, konteynerlərin olmaması və daşınılmaması ilə bağlı şikayətləri yerində araşdırılmış və qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Belə ki, qeyd olunan ərazidə məişət tullantılarının atılması üçün 2 ədəd konteyner mövcuddur və gündəlik olaraq daşınılması təmin olunur”.