Bakıdakı taksilərdə oturacaqlar arasında arakəsmələr quraşdırılıb

0
453

Paytaxtdakı taksilərdə oturacaqlar arasında arakəsmələr quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən  bildirilib ki, koronavirus (COVID-19) xəstələyinin geniş yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə agentlik taksi minik avtomobillərində sürücü və sərnişinlər arasında yoluxma riskinin azaldılması üçün arxa oturacaqlar arasında arakəsmələrin quraşdırılmasını tövsiyə edir. “Bolt” şirkəti tövsiyələri nəzərə alaraq taksi avtomobillərində müvafiq arakəsmələr quraşdırır. Bununla yanaşı, avtomobilin ön qapısına sərnişinlərə arxa qapıdan minməyi bildirən tövsiyə xarakterli bildirişlər vurulub.

Hazırkı epidemik vəziyyətdə bunun vacibliyini nəzərə alaraq, taksi fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər də bu təşəbbüsə qoşulmağa dəvət edilir.

Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir.