Müxtəlif məhsulların qiymətinin artırılması özbaşınalıqdır.
Bunu Rusiya Dumasının sədri Vyaçeslav Volodin Baş nazir Mixail Mişustinlə keçirilən videokonfrans zamanı deyib.
“Dünən Prezident vətəndaşlara əlavə dəstək tədbirləri səsləndirdi. İndi belə çıxır ki, bizim ticarətçilər, xüsusilə ən böyük market şəbəkələri insanlara edilən yardımları onların əlindən alır. Mənə indi iri ticarət mərkəzlərindəki qiymətlərlə bağlı siyahı təqdim etdilər. Məsələn, həmin ticarət mərkəzləri xiyarı 27.50 rubla alır, amma 150 rubla satır. Pomidorun da qiymətində eyni hal mövcuddur. Bəzi məhsulların qiyməti 20 dəfədən çox artıb”, – deyə o bildirib.
Volodun bu qiymətlərin nizamlanması üçün hökuməti dərhal müdaxilə etməyə səsləyib.