Bakıdakı Dünya Kuboku da ləğv edildi

0
376

Bakıdakı Dünya Kuboku da ləğv edildi

İyunun 22-dən iyulun 3-dək Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv edilib.

Bu barədə Beynəlxalq Atıcılıq Federasiyası məlumat yayıb.

Bildirilir ki, koronavirus pandemiyasının yayılması səbəbindən turnir ləğv edilib.