Naxçıvanda 18 nəfər koronavirusa YOLUXDU

“Ölkəmizdə tətbiq olunan karantin rejiminə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 2896 nəfər nəzarətdə saxlanılır”.

Bu barədə  Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidətindən bildirilib.

Qeyd edilib ki, onlardan 536-sı ölkəmizin digər bölgələrindən olan və muxtar respublikaya gələn şəxslərdir:

“Bu günə qədər 630 şübhəli şəxsdə test yoxlamaları aparılıb. Təkrar test yoxlamalarının nəticələrinə əsasən 18 nəfərdə koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 1 nəfər sağalaraq evə buraxılıb. Virus aşkarlanan digər 17 nəfərin xüsusi rejimli xəstəxanada müalicələri davam etdirilir. Ağırlaşma halları yoxdur”.