Türkiyə 24 YPG/PKK terrorçusunu zərərsizləşdirib

0
467

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı antiterror əməliyyatında 24 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, Suriyadakı “Sülh çeşməsi” hərəkatı bazalarına daxil olmağa çalışan 24 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Zərərsizləşdirilən terorçular arasında onların komandirləri də olub.

Terrorçulara məxsus çox sayda silah-sursatın da ələ keçirildiyi bildirilib.