“Qadağalar sərtləşdikcə insanların psixoloji durumu da gərginləşir. Bu, təbiidir!”
Bunu tanınmış həkim-pediatr Vaqif Qarayev deyib.
O bildirib ki, ümumi (epidemiya) problemin üzərinə fərdi problemlər də əlavə olunur:
“Kütləvi psixozun nəticəsi yaxşı olmaya bilər. Efirlərə təsadüfi adamları çıxarıb virusun genotipindən danışdırmaqdansa, meyxanaçılara yer verməkdənsə psixoloqlara yer verilsə yaxşıdır!”