Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək

0
540

Gürcüstan hökuməti mart, aprel və may ayları üçün vətəndaşlara göstərilən kommunal xidmətlərin müəyyən hissəsinin ödənişlərini öz üzərinə götürəcək.

İşsiz qalan gürcüstanlılar isə ünvanlı sosial yardım alacaq.

Bu sözləri Gürcüstanın Baş naziri Giorgi Qaxaria söyləyib.

Gürcüstan hökumətinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, ayda 200 kilovatt elektrik enerjisi və 200 kubmetrədək təbii qazın pulsuz verilməsinə dair qərar qəbul olunub.