UEFA iki Avropa çempionatını ləğv etdi – VİDEO

0
466

UEFA rəsmən bu gün çıxardığı qərarları açıqlayıb.

Həmin qərarlar bunlardır:

* Kişi və qadınlardan ibarət bütün milli komandaların iyuna planlaşdırılmış oyunları qeyri-müəyyən müddətə təxirə salınır. Bura AVRO-2020-nin (kişilər) pley-off və AVRO-2021-in (qadınlar) seçmə matçları da daxildir.

* Beynəlxalq yoldaşlıq oyunları da daxil olmaqla bütün UEFA yarışları qeyri-müəyyən müddətə təxirə salınmış olaraq qalır.

* U-17 Avropa çempionatının (may), U-19 qadınların Avropa çempionatının (iyul) final mərhələləri ləğv olunur. U-17 qadınların Avropa çempionatının (may), U-19 Avropa çempionatının (iyul) final mərhələləri qeyri-müəyyən müddətə təxirə salınır.

* Futzal üzrə Çempionlar Liqasının final mərhələsi (aprel) qeyri-müəyyən müddətə təxirə salınır.

* Növbəti – 2020/21 avrokubok mövsümünün son “deadline” tarixi oyunçuların qəbul prosesi və qeydiyyatı nəzərə alınmaqla qeyri-müəyyən müddətə təxirə salınır. UEFA daha sonra yeni müddəti müəyyənləşdirəcək.

Həmçinin UEFA klub yarışlarına qəbul üçün milli assosiasiyalara lisenziyalaşdırma prosesini başa çatdırmaq üçün daha çox vaxt verəcək.

Fövqəladə hadisələr nəticəsində yaranan qeyri-müəyyənlik nəticəsində UEFA İcraiyyə Komitəsi klubların gələcək maliyyə hesabatlarının hazırlanması və qiymətləndirilməsi ilə əlaqəli klub lisenziyası normalarının dayandırılmasına qərar verib. Bu qərar yalnız 2020/21 UEFA-nın klub yarışlarında iştirak üçün tətbiq olunacaq.

Səbuhi Musayev