Bakıda oğurluqda şübhəli bilinən üç qardaş tutuldu

0
382

Nəsimi RPİ 22-ci Polis Şöbəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində dörd mağazadan dörd ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Cavadov və iki qardaşı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ətraflarında aparılmış tədbirlərlə onların Bakı şəhər sakini olan bir nəfərin 1455 manat dəyərində noutbukunu oğurlamaları da müəyyən edilib.