ABŞ-ın Kosmik Qüvvələri ilk silahı ilə təchiz olundu

0
354

ABŞ Kosmik Qüvvələri ilk hücum silahı — “Counter Communications System (CCS) Block 10.2” peyk siqnallarının yerüstü səsboğucusu ilə təchiz olunub.

Bu barədə “Popular Mechanics” yazır.

Nəşr qeyd edir ki, səsboğucu ilkin istismar imkanlarına çatandan sonra, düşmən peyklərindən siqnalların ötürülməsinə mane olur.

CCS ilk dəfə 2004-cü  ildə istismara verilib. Təkmilləşdirilmiş “CSS Block 10.1” 2014-ci ildə işlənib hazırlanıb.