Xüsusi rejim qərarından sonra səssiz Bakı gecəsi – FOTOREPORTAJ

0
493

Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarla Azərbaycan ərazisində xüsusi rejimin tətbiqinə başlanılıb.

Bu rejim Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək, tətbiq olunub.

Hökumət ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri hesab edib.

Beləliklə, bir ay müddətində bütün kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub.

Koronavirusun qarşısının alınması məqsədilə ictimai iaşə obyektlərinin də 21:00-dan sonra fəaliyyəti qadağan edilib, buna əməl etməyən obyekt sahiblərinə qarşı mütəmadi reydlər keçirilib.

Elə buna görə də paytaxtda axşam saatlarında durğunluq, səssizlik hökm sürür.