İctimai Nəzarət Koalisiyası Azərbaycan xalqını Novruz bayramı  münasibətilə təbrik edir-VİDEO

0
472

Novruz  Baharın  gecə-gündüz bərabərliyi bayramı və türkdilli və farsdilli xalqlarda yeni ilin başlanğıcıdır. Novruz təbiətin oyanması və yeni həyatın başlanğıcıdır.

“Novruz” sözü fars dilindən tərcümədə “yeni gün” deməkdir. Onun yazılışı və ifadəsi müxtəlif ölkələrdə fərqli ola bilər: Novruz, Navruz, Nuruz, Nevruz, Naurız, Nooruz və s.

2009-cu ilin sentyabrında Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 2010-cu il fevralın sonunda isə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz Günü elan edilib.

İctimai Nəzarət Koalisiyası    bütün oxucularını və həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edir.

Sizlərə və yaxınlarınıza bayram əhval-ruhiyyəsi, cansağlığı, xoşbəxtlik, müvəffəqiyyət arzulayırıq! Qoy, evlərinizdə hər zaman sülh və firavanlıq hökm sürsün!

Arzu edirik ki, işğal olunmuş ərazilərimiz azad edilsin, ölkəmizin ərazi bütövlüyü bərpa olunsun!

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM İB-nin I vitse-prezidenti, SİMİB-nin rəhbəri, ictimai xadim Rasim Məmmədov Azərbaycan xalqına  ünvanladığı bayram təbrikini çatdırmaqla yanaşı, koronovirus pandemiyası ilə üzləşdiyimiz bir dönəmdə  ictimaiyyətin ziyalı təbəqəsinə, hər bir ailə başçısına, hər bir  vətəndaşa xüsusi müraciət etmişdir. Rasim Məmmədov öz çıxışında  Mübariz Mənsimovun həbs olunmasına da toxunaraq bu məsələyə də öz ziyalı mövqeyini bildirmişdir. Həmin video yazını sizə təqdim edirik:

Posted by İctimai Nəzarət on Reede, 20. märts 2020

“ictimaixeber.az”