İctimai Nəzarət hər bir kəsin yanında

0
845


Artıq uzun illərdir ki, onu tanıyanların çarə ocağına çevrilmiş Rasim Məmmədov və onun yaratdığı İctimai Nəzarət Koalisiyası, Sabitlik və İnkişaf Mərkəzi (R.Məmmədov eyni zamanda Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin I vitse-prezidentidir) hər gün təşkilata daxil olan
onlarla insanın şikayət və problemlərinin həllinə çalışır.
Bu insanlar arasında kiçik dövlət məmurları, müəllimlər, köçkünlər, əlillər, fəhlələr və bir sıra digər fəaliyyət sahəsi işçiləri ilə yanaşı, gənclər və azyaşlılar da var.
“Müxtəlif festivallarda və incəsənət turnirlərdə qalib olmuş istedadlı gənc rəssam Əbdurrəhimin sənədlərində yaranmış problemin həllinə kömək etmək üçün Ağdama getdik. Məqsəd bürokratik əngəllər üzündən illərlə uzanan və həllini tapmayan problemlə bağlı şikayəti çözmək idi”.
Bu sözləri söyləyən Rasim Məmmədov eyni zamanda problemin həllinə dair məlumatları da bildirmişdir:”Öyrəndik ki, uşaq doğularkən adı müvafiq sənədlərdə Əbdülrəhman kimi qeyd edilmişdir.
Bir müddət sonra həmin uşağın ailəsi obyektiv səbəblərə görə Bakı şəhərinə köçmüşdür. Əbdürrəhman Bakıda olarkən atasını itirir və anası ilə yaşayır.
Doğulduğu kənddə aldığı doğum haqqında şəhadətnamənin əsasında o, məktəbəqədər tərbiyyə müəssisəsinə, ibtidai və orta məktəb, eyni zamanda hazırda təhsil aldığı rəssamlıq gimnaziyasına qəbul olunmuşdur. 13 yaşında Asan Xidmət Mərkəzindən şəkilsiz şəxsiyyə vəsiqəsi almış və az qala bir ilə yaxındır ki, növbəti şəkilli səxsiyyət vəsiqəsi üçün asan xidmət mərkəzinə yaxınlaşarkən ona apardıqları araşdırma nəticəsində əsl adının arxivdə Əbdürrəhman kimi yox, məhz Pünhan kimi qeyd olunduğunu söyləyərək şəxsiyyət vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu soyləmişlər.Əbdürrəhmanın anası aidiyyatı orqanların hər birindən kəsərli “yox” cavabı aldıqdan sonra İNK-ya üz tutmuşdur. Günlərlə sənədləşmə adı altında get-gəldən yorulan ana bizim köməyimizə arxalandı. Məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət edərkən ənənə şəklini alan bürokratiyanın yeni görüntüsü ilə qarşılaşdıq. Biz İNK olaraq çəkinmədən ölkə başçısının təşəbbüsü və səyi ilə əhalinin sosial məsələlərinin birdəfəlik və tez həlli üçün yaradılan Asan Xidmət təsisatlarını, elektron hökümət xidmətlərini xatırlatmağı özümüzə borc bildik. Ağdam rayonuna səfər edərək rayon İcra başçısı ilə görüşdüm və tez bir zamanda bir ailənin problemini həll etməyə nail oldum. Məqsədim aidiyyatı orqanlara əhaliyə sosial ictimai məsələlərdə maksimum dərəcədə operativ və proqmatik yanaşmalarını aşılamaq idi. Kiflənmiş , köhnə bürokratik təfəkkürdən silkələnib ayılaraq, ölkə başçımızın tövsiyələrinə əməl edərək, operativ və işgüzar mövqedə duraraq xalqa xidmət etmək lazımdır və vacibdir.”
Ümid edirik ki, ölkə vətəndaşlarının qarşılaşdığı bu kimi xoşagəlməz, əngəllər tezliklə aradan qaldırılacaq. Çünki respublikamızın prezidentinin tövsiyyələri əsasında hazırlanmış, onun təsdiq etdiyi qanun və sərəncamlara düzgün, layiqli əməl edilməsi bunun üçün kifayətdir.
İctimai Nəzarət Koalisiyası rəhbərliyi Bərdə rayonuna səfəri zamanı eyni zamanda bu rayonun 22 nəfər sahibkarının şikayəti əsasında uzun müddətdən bəri icarəyə götürülmüş pay torpaqlarının icarə müddəti qutarmadığı halda əllərindən alınması ilə bağlı rayonun rəhbər orqanlarından şikayəti araşdırılmışdır. Bu barədə geniş məlumat tezliklə İNKTV, “ictimaixeber”, “ictimainezaret” və digər informasiya şəbəkələrimizdə yayımlanacaq.

“ictimaixeber.az”